"Zirə" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, paytaxt təmsilçisi bu raundda "Hayduk" (Xorvatiya) ilə üz-üzə gələcək.
"Zirə" ilk matçı evdə, cavab görüşünü səfərdə keçirəcək.
"Araz-Naxçıvan" isə "Aris" (Yunanıstan) kollektivi ilə qarşılaşacaq. Naxçıvan klubu rəqibini öncə doğma meydanda, sonra səfərdə sınağa çəkəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək.