Qelebə.az / “Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”

23-12-2022, 18:13

"Bir neçə mövqedə problemlərimiz var. Gənc futbolçular axtarırıq".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli səfərdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonrakı mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis komandasının döyüşkən futbol sərgilədiyini söyləyib: "Əvvəldən bilirdik ki, çox çətin olacaq. Rəqibin oyunu göz önündədir. Birinci hissədə qol imkanlarımız oldu, yararlana bilmədik. İkinci hissədə rəqib üstünlüyü ələ aldı. Çox önə atıldıq, qol vurmaq istəyirdik. Müdafiədə də boşluqlar verdik. Uduzmağımıza baxmayaraq, oyunçularımızla fəxr edirik. Onların inkişafı hər şeydən önəmlidir".

Geri qayıt