Qelebə.az / ABŞ idmançısı Bakıdakı UFC turnirində yalnız qələbəyə ümid edir

ABŞ idmançısı Bakıdakı UFC turnirində yalnız qələbəyə ümid edir

18-06-2025, 13:19

ABŞ-dən olan MMA döyüşçüsü Kurtis Blaydes Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində yalnız qələbəyə ümid edir.

"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib.

İdmançı Bakını gəzdiyini söyləyib:

"Amma hələ ki, yarış məkanında olmamışam".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Kurtis Blaydes rusiyalı Rizvan Kunievlə üz-üzə gələcək.

Geri qayıt