Qelebə.az / Rusiyalı idmançı Bakıda keçiriləcək UFC turnirində döyüşməyə hazırdır

Rusiyalı idmançı Bakıda keçiriləcək UFC turnirində döyüşməyə hazırdır

18-06-2025, 11:29

Rusiyalı MMA döyüşçüsü Rizvan Kuniev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində döyüşməyə hazırdır.

"QELEBE.AZ"un məlumatına görə, idmançı bu barədə mətbuat konfransında deyib.

O, özünü sübut etmək istədiyini bildirib:

"Bu, mənim üçün böyük şansdır. Döyüşə hazıram. Hamıya yüksək səviyyədə çıxış edə biləcəyimi göstərməliyəm. Karyeramda daha güclü rəqiblərlə görüşmüşəm".

Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Rizvan Kuniev ABŞ-dən olan Kurtis Blaydeslə üz-üzə gələcək.

Geri qayıt