Qelebə.az / "Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

"Sumqayıt” liberiyalı futbolçu ilə müqavilə imzalayıb

23-12-2022, 16:00

“Sumqayıt” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.

"Gənclik şəhəri" təmsilçisindən "QELEBE.AZ"a verilən məlumata görə, komanda son olaraq Rumıniyanın “Botoşani” klubunda çıxış etmiş liberiyalı vinger Terrens Tisdellə 2023/2024 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Terrens Tisdel kariyerası ərzində “Hapoel" (Petah Tikva, İsrail), “Kocaelispor” (Türkiyə), “Botoşani” (Rumıniya) kimi klubların uğurları üçün çalışıb.

2019-cu ildən dəvət aldığı Liberiya millisinin heyətində 13 oyun keçirən Tisdel 1 qolla yadda qalıb.

Geri qayıt