Qelebə.az / "Sabah"ın Avropa Liqasındakı rəqibi yeni futbolçu transfer edib

"Sabah"ın Avropa Liqasındakı rəqibi yeni futbolçu transfer edib

17-06-2025, 22:27

"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya təmsilçisi "Sele" yeni transferini açıqlayıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Sele şəhərinin eyniadlı komandası "Dinamo"nun (Zaqreb, Xorvatiya) 23 yaşlı futbolçusu İvitsa Vidoviçlə razılığa gəlib. Xorvatiyalı yarımmüdafiəçi 2025/2026 mövsümünün sonuna qədər Sloveniya kollektivinin heyətində çıxış edəcək.

Qeyd edək ki, "Sabah" “Sele”yə qarşı ilk matçını iyulun 10-da evdə, cavab görüşünü isə 17-də səfərdə keçirəcək.

Geri qayıt