Qelebə.az / "Qarabağ" heyətinə braziliyalı futbolçu cəlb edib

"Qarabağ" heyətinə braziliyalı futbolçu cəlb edib

17-06-2025, 22:02

"Qarabağ" braziliyalı müdafiəçi Dani Boltla razılaşdığını açıqlayıb.

Klubdan "QELEBE.AZ"a verilən məlumata görə, Ağdam təmsilçisi ilə Portuqaliyanın “Torrense” komandası arasında aparılan danışıqlar uğurla nəticələnib.

25 yaşlı oyunçu ilə "3+1" illik müqavilə bağlanıb. Sağ cinah müdafiəçisi “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Daninin son klubu Portuqaliya təmsilçisi “Torrense” olub. 2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

Geri qayıt