Qelebə.az / “Çelsi” “Lion”un gənc futbolçusunu transfer etmək istəyir

“Çelsi” “Lion”un gənc futbolçusunu transfer etmək istəyir

17-06-2025, 16:25

İngiltərənin “Çelsi” klubu “Lion”un (Fransa) gənc futbolçusu Malik Fofananı transfer etmək istəyir.

“QELEBE.AZ” "The Athletic"ə istinadən xəbər verir ki, London təmsilçisi 20 yaşlı cinah oyunçusu ilə maraqlanır.

2024-cü ildən Fransa təmsilçisinin formasını geyinən belçikalı futbolçu bu müddətdə bütün yarışlarda meydana çıxdığı 41 oyunda 11 qola və 6 məhsuldar ötürməyə imza atıb.

Qeyd edək ki, belçikalı futbolçunun klubla müqaviləsinin müddəti 2028-ci ilin yayına kimi nəzərdə tutulub. O, 42 milyon funt-sterlinq dəyərində qiymətləndirilir.

Geri qayıt