2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin Fransa – Azərbaycan oyununun baş tutacağı stadion məlum olub.
Apasport.az xəbər verir ki, oktyabrın 10-da keçiriləcək görüş “Park de Prens”də baş tutacaq.
Azərbaycan yığması mundialın seçmə mərhələsində Fransa ilə yanaşı, İslandiya və Ukrayna ilə mübarizə aparacaq.
İlk matç sentyabrın 5-də səfərdə İslandiyaya qarşı olacaq.