“Napoli” “Liverpul”un forvardı Darvin Nunez ilə maraqlanır.
QELEBE.AZ xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mersisaydlılar ilə yollarının ayrılacağı əvvəldən dəqiqləşən uruqvaylı forvardın adı “Atletiko Madrid”, “Əl-Nəsr”, “Əl-Hilal” kimi komandalarla da hallanır. Futbolçu hazırda Neapol təmsilçisi ilə danışıqlar aparır.
Qeyd edək ki, Darvin Nunez 2022-ci ilin yayından İngiltərə klubunda çıxış edir. 25 yaşlı forvard “Liverpul” ilə çıxdığı 143 oyunda 40 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.