Qelebə.az / "Latsio" 37 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə imzalayıb

"Latsio" 37 yaşlı ispaniyalı futbolçu ilə yeni müqavilə imzalayıb

16-06-2025, 16:12

İtaliyanın "Latsio" klubu 37 yaşlı ispaniyalı futbolçu Pedro Rodriqeslə yeni müqavilə imzaladığını açıqlayıb.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya və Avropa çempionu ilə anlaşmanın müddəti 2026-cı yayına qədər uzadılıb.

Vinger 2021-ci ildən çıxış etdiyi Roma klubunda 176 oyuna çıxıb və 34 qola imza atıb.

Qeyd edək ki, Pedro "Barselona"nın yetirməsidir və bu komandanın heyətində 20 kubok qazanıb.

Geri qayıt