Qelebə.az / Dünya çempionatı: Bu gün Zelim Tçkayev tatami üzərinə çıxacaq

Dünya çempionatı: Bu gün Zelim Tçkayev tatami üzərinə çıxacaq

16-06-2025, 09:09

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının fərdi yarışında bu gün Azərbaycanın bir cüdoçusu mübarizə aparacaq.

"Report" xəbər verir ki, Zelim Tçkayev (81 kq) tatami üzərinə çıxacaq.

O, Pavel Jimal (Polşa) / Tsyanqnan Van (Çin) cütünün qalibi ilə 1/16 finalda üz-üzə gələcək.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.

Geri qayıt