Qelebə.az / Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib

Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib

15-06-2025, 19:58

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Gümüş Avropa Liqasında növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gəlib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Gürcüstan komandasına 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa eyni hesabla uduzub.

Geri qayıt