Qelebə.az / Qattuzo İtaliya millisinin baş məşqçisi təyin olunub

Qattuzo İtaliya millisinin baş məşqçisi təyin olunub

15-06-2025, 19:33

Futbol üzrə İtaliya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, yığmaya Cennaro Qattuzo rəhbərlik edəcək.

Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis daha əvvəl "Milan", "Valensiya", "Marsel" və "Napoli" kimi komandaları çalışdırıb. O, son olaraq Xorvatiya "Hayduk"unun baş məşqçisi olub.

Geri qayıt