Qelebə.az / Azərbaycan karateçiləri Moldovadakı beynəlxalq turnirdə uğurla çıxış ediblər

Azərbaycan karateçiləri Moldovadakı beynəlxalq turnirdə uğurla çıxış ediblər

15-06-2025, 17:12

Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş “Chisinau Karate Open Grand Prix” beynəlxalq turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər.

“QELEBE.AZ”un məlumatına görə, yarışda Elnur Qasımzadə (67 kq) birinci, Hikmət Ağayev 60 (kq) və Əliəkbər Əlizadə (75 kq) ikinci yeri tutublar.

Osmanov Şaiq (75 kq), Sahibli Sahib (84 kq) və Hüseynli Elmin (84 kq) isə turnirin bürünc mükafatına sahib çıxıblar.

Geri qayıt