Qelebə.az / Dünya çempionatı: Hidayət Heydərov ilk görüşdə məğlub olub

Dünya çempionatı: Hidayət Heydərov ilk görüşdə məğlub olub

15-06-2025, 14:08

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.

“QELEBE.AZ”un məlumatına görə, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.

27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Qeyd edək ki, bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.

Geri qayıt