Qelebə.az / UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

UEFA Rusiyada beynəlxalq turnir təşkil edəcək

23-12-2022, 06:40

UEFA Rusiyada gənclərdən ibarət komandalar üçün beynəlxalq turnir təşkil edir

APA-nın məlumatına görə, bununla bağlı UEFA və Rusiya Futbol İttifaqı 2023-cü ilin mayında beynəlxalq turnirin keçirilməsi ilə bağlı razılığa gəlib.

Yarış Volqoqradda keçiriləcək.

Turnirin keçirilməsi ilə bağlı UEFA ilə bir neçə ay əvvəl razılığın əldə olunduğu vurğulanıb.

Xatırladaq ki, 2022-ci il fevralın 28-də UEFA və Beynəlxalq Futbol Federasiyası (FİFA) siyasi vəziyyətə görə Rusiya millisini və klublarını onların himayəsində olan turnirlərdə iştirakını dayandırıb.

Geri qayıt