Qelebə.az / Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rumıniya yığması ilə qarşılaşıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Rumıniya yığması ilə qarşılaşıb

14-06-2025, 20:47

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, yığma Xorvatiyada Rumıniya millisi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.

Geri qayıt