Qelebə.az / Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

Türkiyə Kuboku: "Qalatasaray" çətin qələbə ilə növbəti mərhələyə yüksəlib

22-12-2022, 23:58

"Qalatasaray" Türkiyə Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, İstanbul təmsilçisi V turda "Keçiörengücü"nü mübarizədən kənarlaşdırıb - 1:0. "Sarı-qırmızılılar"ın yeganə qoluna 82-ci dəqiqədə Befetimbi Qomis imza atıb.

41-ci dəqiqədə "Cim-Bom"un heyətində Haris Seferoviç penaltidən yararlana bilməyib.

Geri qayıt