Qelebə.az / Avropa çempionatının qalibi olan Azərbaycanın çövkən millisi mükafatlandırılıb

Avropa çempionatının qalibi olan Azərbaycanın çövkən millisi mükafatlandırılıb

13-06-2025, 16:58

Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilmiş Avropa çempionatının qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.

Bu barədə "QELEBE.AZ"a Azərbaycan Atçılıq Federasiyasının (ARAF) mətbuat xidmətindən nməlumat verilib.

ARAF-nin prezidenti Elçin Quliyev milli üzvlərini qəbul edib.

Təltifetmə mərasimində qurum rəhbəri idmançılara göstərdikləri yüksək nəticəyə görə təşəkkür edib, Azərbaycan çövkəninin beynəlxalq arenalarda tanıdılması istiqamətində görülən işlərin və ARAF-nin dəstəyinin davamlı olacağını vurğulayıb.

Geri qayıt