Qelebə.az / Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

Azərbaycan millisinin Estoniya ilə səfər oyununun stadionu açıqlanıb

22-12-2022, 19:13

Futbol üzrə Azərbaycan millisinin 2024-cü il Avropa çempionatının seçmə mərhələsində Estoniyaya qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

"QELEBE.AZ" Estoniya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma 2023-cü il oktyabrın 13-də Tallindəki "Le Kok Arena"da oynanılacaq.

Görüş Bakı vaxtı ilə saat Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Qeyd edək ki, F qrupunda Azərbaycan və Estoniya yığmaları ilə yanaşı, Belçika və Avstriya kollektivləri də yer alıb. Canni de Byazinin rəhbərlik etdiyi milli komanda qrupda ilk oyununu martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək.

Geri qayıt