Qelebə.az / “Fənər” ispaniyalı futbolçu ilə maraqlanır

“Fənər” ispaniyalı futbolçu ilə maraqlanır

13-06-2025, 00:12

Türkiyə Super Liqası təmsilçilərindən “Fənərbaxça” heyətini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, İstanbul klubu PSJ-nin yarımmüdafiəçisi Karlos Soleri transfer etmək niyyətindədir.

Bu mövsümü “Vest Hem”də icarə əsasında çıxış edən Soler özü “Fənərbaxça”da oynamağa razılıq verib.

"Sarı-lacivərdlilər" 28 yaşlı yarımmüdafiəçiyə 2+1 illik müqavilə təklif etməyi planlaşdırır.

Qeyd edək ki, Karlosun PSJ ilə müqavilə müddəti 2027-ci ilə qədərdir.

Geri qayıt