Qelebə.az / "Mançester Yunayted" braziliyalı hücumçunun transferini açıqlayıb

"Mançester Yunayted" braziliyalı hücumçunun transferini açıqlayıb

12-06-2025, 18:33

İngiltərə Premyer Liqa təmsilçisi "Mançester Yunayted" braziliyalı futbolçu Mateus Kunyanın transferini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə kklubun mətbuat xidməti məlumat yayın.

26 yaşlı hücumçu ilə "5+1" illik müqavilə imzalanıb. Sözügedən keçid "qırmızı şeytanlar"a 74,4 milyon avroya başa gəlib.

Qeyd edək ki, Mateus Kunya ötən mövsüm "Vulverhempton"un (İngiltərə) heyətində 36 oyunda 17 qol vurub.

Geri qayıt