Qelebə.az / Mateuş Kunya rəsmən "Mançester Yunayted"də

Mateuş Kunya rəsmən "Mançester Yunayted"də

12-06-2025, 17:10

"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

"Qırmızı şeytanlar" "Vulverhempton"dan Mateuş Kunyanı rənglərinə bağlayıb.

26 yaşlı braziliyalı hücumçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Həmçinin sözləşmədə əməkdaşlığı daha bir il davam etdirmək maddəsi də yer alıb.

Geri qayıt