Qelebə.az / Edin Ceko A Seriyasına qayıdır

Edin Ceko A Seriyasına qayıdır

12-06-2025, 12:32

Ötən mövsümün sonu Fənərbaxçadan ayrılan Edin Cekonun yeni komandası bəlli olub.

QELEBE.AZ xəbər verir ki, İtaliya A Seriyası təmsilçilərindən "Bolonya" bosniyalı hücumçuya 1+1 illik müqavilə təklif edib.

Təklifə isti yanaşan Cekonun bu gün yeni komandasıyla müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 39 yaşlı forvard Fənərbaxça formasıyla 2024-2025 mövsümündə çıxdığı toplam 53 matçda 21 qol, 8 assistlə yadda qalıb.

Geri qayıt