Qelebə.az / Azərbaycanın qadınlardan ibarət millisi Belarus yığması ilə qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət millisi Belarus yığması ilə qarşılaşacaq

11-06-2025, 18:39

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusda təlim-məşq toplanışında olacaq.

"Report" xəbər verir ki, iyunun 25-də Minskə yollanacaq yığma iyunun 28-də və iyulun 1-də Belarus seçməsi ilə yoldaşlıq görüşü keçirəcək.

Oyunların təşkil olunacağı stadion və başlama saatı barədə daha sonra məlumat veriləcək.

Geri qayıt