Qelebə.az / Türklər Meksika yığması ilə bacarmadı

Türklər Meksika yığması ilə bacarmadı

11-06-2025, 08:36

Futbol üzrə Türkiyə millisi ABŞ düşərgəsində növbəti yoldaşlıq görüşündə Meksika ilə üz-üzə gəlib. 

Apasport.az xəbər verir ki, türklər minimal hesablı nəticə ilə məğlub olublar - 1:0.

Qarşılaşmanın yeganə qolunu 45-ci dəqiqədə Orbelin Pineda vurub.

Qeyd edək ki, "ay-ulduzlular" ilk yoldaşlıq oyununda ABŞ-ı 2:1 hesabı ilə məğlub edib.

Geri qayıt