Qelebə.az / Millimiz macarlara məğlub oldu - YENİLƏNİB

Millimiz macarlara məğlub oldu - YENİLƏNİB

10-06-2025, 09:50

Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

QELEBE.AZ xəbər verir ki, A milli Macarıstan yığması ilə qarşılaşıb.

“Liv Bona Dea Arena”da təşkil olunacaq oyun saat 20:00-da başlayıb.

Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyunun nəticəsi ilk hissədə müəyyənləşib. Milli komandamız macarlara 1:2 hesabı ilə məğlub olub.

10 iyun

20:00.Azərbaycan - Macarıstan 1:2

Baş hakim: Viktor Şimusik (Belarus)

Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)

Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)

Liv Bona Dea Arena.

Geri qayıt