Qelebə.az / Azərbaycan millisinin müdafiəçisi: "Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq"

Azərbaycan millisinin müdafiəçisi: "Macarıstana qarşı layiqli mübarizə aparmağa çalışacağıq"

9-06-2025, 16:22

"QELEBE.AZ"un məlumatına görə, bunu Azərbaycan millisinin müdafiəçisi Bəhlul Mustafazadə Macarıstan yığmasına qarşı keçirəcəkləri yoxlama görüşündən əvvəl mətbuat konfransında deyib.

"Qarabağ"ın futbolçusu qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Rəqib güclü komandadır. Onlara qarşı layiqli mübarizə aparmağa çalışacağıq. Bakıda oynadığımıza görə şansları 50/50 hesab edirəm. Əlimizdən gələni edəcəyik ki, baş məşqçi Fernandu Santuşun tapşırıqlarını yerinə yetirək".

Qeyd edək ki, Azərbaycan - Macarıstan oyunu sabah "Liv Bona Dea Arena"da, saat 20:00-da start götürəcək.

Geri qayıt