Qelebə.az / "Qalatasaray"ın forvardı milli karyerasını bitirir

"Qalatasaray"ın forvardı milli karyerasını bitirir

9-06-2025, 08:46

Xəbər verdiyimiz kimi, Millətlər Liqasının finalında Portuqaliya İspaniya millisini penaltilər seriyasında məğlub edib. 

QELEBE.AZ xəbər verir ki, bu, İspaniya millisinin üzvü Alvaro Moratanın yığmadakı son matçı ola bilər. 

Qarşılaşmanın 111-ci dəqiqəsində meydana çıxan və final fitinə qədər mübarizə aparan Morata bu barədə mətbuata açıqlamasında bildirib: 

"Hazırda yalnız matçda baş verənlər barədə düşünə bilirəm. Ehtimal ki, sentyabrda milli komandaya qayıtmayacam". 

Hazırda icarə əsasında "Qalatasaray"da çıxış edən "Milan"ın hücumçusu 2014-cü ildən millinin şərəfini qoruyur. Forvard İspaniya yığmasının heyətində 86 matçda 37 qola imza atıb. 

Geri qayıt