Qelebə.az / Luçano Spalletti İtaliya millisindən ayrılır

Luçano Spalletti İtaliya millisindən ayrılır

8-06-2025, 21:30

Futbol üzrə İtaliya millisində ayrılıq yaşanacaq.

Apasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Luçano Spaletti komandanı tərk edəcək.

Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin iyunun 9-da DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə oyundan sonra postunu tərk edəcəyi bildirilib.

Qeyd edək ki, 66 yaşlı Spaletti 2023-cü ilin sentyabrından İtaliyaya başçılıq edirdi.

Geri qayıt