Qelebə.az / İtaliya millisində ayrılıq - POSTUNU TƏRK EDƏCƏK

İtaliya millisində ayrılıq - POSTUNU TƏRK EDƏCƏK

8-06-2025, 20:45

Futbol üzrə İtaliya millisində ayrılıq yaşanacaq.

QELEBE.AZ xəbər verir ki, yığmanın baş məşqçisi Luçano Spaletti komandanı tərk edəcək.

Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin iyunun 9-da DÇ-2026-nın seçmə mərhələsində Moldova ilə oyundan sonra postunu tərk edəcəyi bildirilib.

Qeyd edək ki, 66 yaşlı Spaletti 2023-cü ilin sentyabrından İtaliyaya başçılıq edirdi.

Geri qayıt