Qelebə.az / Vieyra daha 2 il “Cenoa”da - RƏSMİ

Vieyra daha 2 il “Cenoa”da - RƏSMİ

8-06-2025, 19:40

İtaliyanın "Cenoa" klubu baş məşqçi Patrik Vieyra ilə bağlı qərar verib.

QELEBE.AZ xəbər verir ki, A Seriyası təmsilçisi fransalı mütəxəssislə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

48 yaşlı məşqçi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Patrik Vieyra ötən ilin noyabr ayında "Cenoa"nın baş məşqçisi təyin olunub. "Qırmızı-mavilər" A Seriyasında mövsümü 43 xalla 13-cü pillədə  başa vurub.

Geri qayıt