Qelebə.az / Azərbaycan millisi yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə edib

Azərbaycan millisi yoldaşlıq oyununda Latviya yığması ilə heç-heçə edib

7-06-2025, 18:50

Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Report"un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.

Geri qayıt