Qelebə.az / Luis Enrike rəsmən “İnter”də

Luis Enrike rəsmən “İnter”də

7-06-2025, 15:37

"İnter" heyətini yeni futbolçu ilə gücləndirib.

QELEBE.AZ xəbər verir ki, Milan təmsilçisi "Marsel"dən Luis Enrikeni transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"İnter" braziliyalı hücumçu üçün fransalılara 23+2 milyon avro təzminat ödəyəcək. Futbolçu ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Marsel" Luis Enrikeni 2020-ci ilin sentyabr ayında Braziliyanın "Tres Passos" klubundan transfer edib.

Geri qayıt