Qelebə.az / U-17 millimiz Qazaxıstanı məğlub edib

U-17 millimiz Qazaxıstanı məğlub edib

6-06-2025, 21:22

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama görüşünü keçirib.

QELEBE.AZ xəbər verir ki, U-17 komandamız Qazaxıstanın müvafiq yaş qrupu ilə qarşılaşıb.

Oyun futbolçularımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. U-17-nin heyətində 28-ci dəqiqədə Nicat Kərimov hesabı açıb. 77-ci dəqiqədə isə avtoqol qeydə alınıb.

Qeyd edək ki, millimizin növbəti yoxlama oyunu iyunun 10-da Gürcüstan seçməsinə qarşı olacaq.

Geri qayıt