Qelebə.az / "Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

"Neftçi" xorvatiyalı qapıçıya yeni müqavilə təklif edəcək

21-12-2022, 15:30

"Neftçi" qapıçısı İvan Brkiçə yeni müqavilə təklif edəcək.

"Report"un "vecernji.hr" saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi xorvatiyalı qolkiperi heyətində saxlamaq istəyir.

27 yaşlı çərçivə qoruyucusunun çıxışından razı qalan "ağ-qaralar" onu buraxmaq niyyətində deyil.

Qeyd edək ki, bu ilin yanvarından "Neftçi"də çıxış edən İvan Brkiçin Bakı klubu ilə cari mövsümün sonunadək müqaviləsi var.

Geri qayıt