Qelebə.az / "Atalanta" xorvat baş məşqçi ilə danışıqlar aparır

"Atalanta" xorvat baş məşqçi ilə danışıqlar aparır

6-06-2025, 09:01

"Atalanta"nın yeni baş məşqçisinin adına aydınlıq gəlib. 

Apasport.az xəbər verir ki, bu barədə "Football İtalia" nəşri məlumat yayıb. 

Mənbənin məlumatına görə, "Atalanta" İvan Juriçi baş məşqçi təyin etməyə yaxındır. Juriçlə 2 illik müqavilə nəzərdə tutulub.

O, bu postda Piero Qasperini əvəzləyəcək. 

Qeyd edək ki, 49 yaşlı xorvat mütəxəssisin son iş yeri İngiltərənin "Sauthempton" klubu olub.

Geri qayıt