Qelebə.az / Gümüş Avropa Liqası: Millimiz İsveç yığması ilə üz-üzə

Gümüş Avropa Liqası: Millimiz İsveç yığması ilə üz-üzə

6-06-2025, 09:19

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçını keçirəcək.

Apasport.az xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Gümüş Avropa Liqasında ilk turun oyunları İsveçdə keçiriləcək. Azərbaycan millisi növbəti görüşünü sabah Gürcüstan millisi ilə qarşılaşacaq.

Geri qayıt