Qelebə.az / “Qalatasaray”ın futbolçusu İtaliya yolunda

“Qalatasaray”ın futbolçusu İtaliya yolunda

5-06-2025, 21:34

“Yuventus” “Qalatasaray”ın futbolçusu Qabriel Saranı transfer etməyi planlaşdırır.

QELEBE.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, “qoca sinyora” Qabriel Sara üçün İstanbul klubuna müraciət edib.

“Qalatasaray”ın braziliyalı futbolçunu satmağa hazır olub-olmadığı isə hələ ki bəlli deyil.

Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçinin klubla müqavilə müddəti 2029-cu ilə qədərdir.

Qeyd edək ki, Sara “Sao Paolo”, “Norviç” klublarında da çıxış edib.

Geri qayıt