Qelebə.az / "Liverpul" futbolçusunu "Barselona"ya satmaqdan imtina edib

"Liverpul" futbolçusunu "Barselona"ya satmaqdan imtina edib

5-06-2025, 17:17

İngiltərənin "Liverpul" klubu futbolçusu Luis Diası "Barselona"ya satmaqdan imtina edib.

"QELEBE.AZ" "The Athletic"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi kolumbiyalı oyunçunun satılmadığını açıqlayıb.

"Barselona" ilə yanaşı Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"in də maraq dairəsində olan futbolçunun transferə isti yanaşmadığı və "Liverpul"da qalmaq niyyətində olduğu bildirilib.

Qeyd edək ki, vinger 2022-ci ildə Portuqaliyanın "Porto" klubundan İngiltərə təmsilçisinə transfer olunub. O, Liverpul komandasının heyətində meydana çıxdığı 148 matçda 41 qola və 23 məhsuldar ötürməyə imza atıb. L.Dias 2024/2025 mövsümündə 17 qola müəlliflik edib.

Arne Slotun baş məşqçisi olduğu kollektiv 84 xalla Premyer Liqada son mövsümün qalibi adını qazanıb.

Geri qayıt