Qelebə.az / Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib

5-06-2025, 15:40

Azərbaycanın 3x3 basketbol millilərinin Avropa Kubokunun təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib.

Bu barədə "Report"a Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Kişilərdən ibarət millimiz B qrupunda Kosovo, Malta seçmələri ilə mübarizə aparacaqlar. Qadınlardan ibarət yığma isə B qrupunda Kosovo ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komanda qrupda ilk oyununu iyunun 7-də Maltaya qarşı keçirəcək. Bundan bir gün sonra isə Kosovo yığması ilə qarşılaşacaq.

Qadın basketbolçulardan ibarət yığmanın Kosovo ilə matçı isə iyunun 8-də baş tutacaq.

Qeyd edək ki, kişi və qadın kateqoriyalarında yalnız təsnifat mərhələsinin qalibləri Avropa Kubokunun (2025) əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 7 və 8 iyun tarixlərində Kosovonun Priştina şəhərində təşkil olunacaq.

Geri qayıt