Qelebə.az / Millimiz Latviyaya yola düşdü

Millimiz Latviyaya yola düşdü

5-06-2025, 13:32

Yoldaşlıq görüşü çərçivəsində Latviya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandası oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.

QELEBE.AZ xəbər verir ki, millimizi səfərə aparan təyyarə saat 13:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanını tərk edib.

Komandamız iyunun 6-da Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq. 

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Geri qayıt