Qelebə.az / Premyer Liqanı Super Liqaya dəyişə bilər

Premyer Liqanı Super Liqaya dəyişə bilər

4-06-2025, 22:39

"Tottenhem"in yarımmüdafiəçisi İvo Bissuma karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Fənərbaxça" malili yarımmüdafiəçini transfer etmək istəyir.

Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

"Sarı-lacivərdlilər" oyunçu üçün "Tottenhem"ə rəsmi təkliflə müraciət edib. 

Klublar arasında danışıqlar davam edir.

Xatırladaq ki, "Tottenhem" 28 yaşlı futbolçunu 2022-ci ildə "Brayton"dan transfer edib.

Qeyd edək ki, Bissuma bu mövsüm London klubunun heyətində meydana çıxdığı 44 rəsmmi matçda 2 qolla yadda qalıb.

Geri qayıt