Qelebə.az / Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası təşkil olunacaq

Milli Olimpiya Komitəsində kütləvi qanvermə aksiyası təşkil olunacaq

4-06-2025, 11:23

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə kütləvi qanvermə aksiyası təşkil olunacaq.

Bu barədə "QELEBE.AZ"a MOK-un mətbuat xidmətindən məlumat verilib.

Qanvermə aksiyası iyunun 12-də saat 10:00-dan, 16:00-dək qurumun inzibati binasında keçiriləcək

"Həmrəy olaq, qanımızla yaşadaq" adlı aksiya "14 İyun - Beynəlxalq Qan Donorluğu Günü"nə həsr olunub.

Geri qayıt