Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
QELEBE.AZ xəbər verir ki, ilk oyun günündə Almaniyada bir qarşılaşma baş tutacaq.
Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək.
Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtilə saat 23:00-da start götürəcək.
UEFA Millətlər Liqası
Yarımfinal mərhələsi
4 iyun
23:00 Almaniya – Portuqaliya