Qelebə.az / Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib

Azərbaycanın U-19 millisinin heyətində dəyişiklik edilib

3-06-2025, 22:13

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “Neftçi”nin futbolçusu Həsən Mahmudov zədə səbəbindən komandadan kənarda qalıb.

Onun əvəzinə “Qəbələ”nin oyunçusu Ömər Kərimov düşərgəyə qoşulub.

Qeyd edək ki, U-19-un Qəbələdə təlim-məşq toplanışı iyunun 11-dək davam edəcək.

Geri qayıt