Qelebə.az / “Siti”də ciddi itki

“Siti”də ciddi itki

2-06-2025, 20:32

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Siti” ciddi itki ilə üzləşib.

QELEBE.AZ xəbər verir ki, “şəhərlilər”in futbolçusu Mateo Kovaçiç əməliyyat olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xorvatiyalı futbolçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, 31 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 42 oyunda 7 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Geri qayıt