Qelebə.az / 2 il fasilədən sonra La Liqaya qayıdır

2 il fasilədən sonra La Liqaya qayıdır

2-06-2025, 14:08

İspaniya Sequndasının 42-ci turunda "Deportivo" öz meydanında "Elçe"yə 0:4 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, bu qələbə ilə "Elçe" 2022/2023 mövsümündən sonra ilk dəfə La Liqaya vəsiqə qazanıb. 

"Deportivo" 53 xalla 15-ci yerdə qərarlaşıb və Sequndada qalıb. "Elçe" isə 77 xalla mövsümü ikinci pillədə tamamlayaraq yüksək liqaya qayıdıb. 

Xatırladaq ki, daha əvvəl "Levante" Sequndanın qalibi kimi La Liqaya vəsiqəni təmin edib.

Geri qayıt