Süper Liqa klublarından "Fənərbaxça" yeni mövsüm hazırlıqları üçün Portuqaliyaya yollanacaq.
QELEBE.AZ xəbər verir ki, İstanbul klubu düşərgə zamanı yerli komandalardan "Benfika" ilə üz-üzə gələcək.
Yoldaşlıq oyunu iyulun son həftəsində baş tutacaq.
Qeyd edək ki, "sarı-lacivərdli" klub təlim məşq toplanışa iyulun ortalarında başlayacaq.